UEFA “Çelsi”ni cərimələyə bilər

7-04-2025, 15:44           
UEFA “Çelsi”ni cərimələyə bilər
UEFA İngiltərənin “Çelsi” klubunu cərimələyə bilər.

“Mirror” xəbər verir ki, buna səbəb klubun nəzdində olan qadınlardan ibarət komandanın baş sponsora satılmasıdır.

UEFA-nın qaydalarına əsasən klublar öz aktivlərinin sponsorlarına satışından əldə etdiyi qazancı mənfəət kimi göstərə bilməz. Məhz buna görə “Çelsi”yə maliyyə sanksiyası tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, London təmsilçisi Premyer Liqada 30 turdan sonra 52 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru