UEFA Avropa Liqası: "Lion" - "Mançester Yunayted" oyununda dörd qol vuruldu

11-04-2025, 10:37           
UEFA Avropa Liqası: "Lion" - "Mançester Yunayted" oyununda dörd qol vuruldu
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində Fransanın "Lion" və İngiltərənin "Mançester Yunayted" klubları qarşılaşıblar.

Oxu.Az xəbər verir ki, matçda hesabı ev sahibləri açıblar. Almada 26-cı dəqiqədə komandasını önə çıxarıb.

Yoro birinci hissəyə əlavə olunmuş dəqiqələrdə "qırmızı şeytanlar"ın bərabərlik qolunu vurub.

Zirkzee 88-ci dəqiqədə fərqlənərək "Mançester Yunayted"in ikinci qoluna imza atıb. Lakin əsas vaxta əlavə olunmuş beşinci dəqiqədə Şerki "Lion"u məğlubiyyətdən xilas edib.

Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

1/4 final mərhələsinin daha bir gərgin oyunu Londonda baş tutub. "Tottenhem" evdə "Ayntraxt Frankfurt"u qəbul edib.

6-cı dəqiqədə Ekitike almanları hesabda önə çıxarsa da, 20 dəqiqə sonra Porro hesabı bərabərləşdirib.

Matçda başqa qol olmayıb və tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar.


Bu mərhələnin digər oyunu "Reyncers" və "Atletik Bilbao" komandaları arasında keçirilib.

Şotlandiya təmsilçisi 13-cü dəqiqədə azlıqda qalıb - Pröpper qırmızı vərəqə alaraq meydandan qovulub. "Atletik Bilbao" say üstünlüyündən istifadə edə bilməyib.

Tərəflər nə qədər çalışsalar da, meydançada qol qeydə alınmayıb - 0:0.

10 aprel, 23:00

UEFA Avropa Liqasının dörddəbir final mərhələsində Fransanın "Lion" və İngiltərənin "Mançester Yunayted" klubları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, "Mançester Yunayted" Fransada "Lion"un qonağıdır.

18:12

Bu gün UEFA Avropa Liqasının dörddəbir final mərhələsində Fransanın "Lion" və İngiltərənin "Mançester Yunayted" klubları üz-üzə gələcəklər.

Bakı vaxtı ilə oyun saat 23:00-da start götürəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.