"Fənərbağça" xorvatiyalı qolkiperini satışa çıxarır 11-04-2025, 09:06 Türkiyənin "Fənərbağça" klubu xorvatiyalı qolkiperi Dominik Livakoviçi satışa çıxarıb.Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Türkiyə klubu ulduz qolkiper üçün 10 milyon avro tələb edir.Qeyd edək ki, Livakoviç 2023-cü ilin avqustunda "Dinamo Zaqreb" klubundan "Fənərbağça"ya 12 milyon avroya transfer olunub. Facebook-da paylaş