UEFA Konfrans Liqası: II təsnifat mərhələsinin cavab oyunlarına start verilir
Bu gün, 10:36
Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
"İberia" "Levadia" ilə, "Differdanj" TNS ilə, "İnter Eskaldes" isə "Lyublyana" ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçilərimizdən "Sabah" doğma meydanda, "Araz-Naxçıvan" və "Zirə" isə səfərdə meydana çıxacaqlar.