UEFA Çempionlar Liqası: II təsnifat mərhələsinin ilk günü beş oyun keçiriləcək
Bu gün, 11:21
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçiriləcək.
"Kayrat Almatı" "KuPS" ilə, "Drita" "Kopenhagen"lə, "Dinamo Kiyev" "Hamrun"la, "Srvena Zvezda" "Linkoln"la, "Zrinski" "Slovan Bratislava" ilə üz-üzə gələcək.
Qeyd edək ki, səfərdə İrlandiya təmsilçisi "Şelburn"u 3:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab görüşünə iyul ayının 30-da Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.