Amerikalı basketbolçu Cerred Şou İndoneziyada ölüm cəzası ala bilər

Bu gün, 12:57           
Amerikalı basketbolçu Cerred Şou İndoneziyada ölüm cəzası ala bilər
İndoneziyanın "Pravira Bandunq" klubunda çıxış edən ABŞ-li basketbolçu Cerred Şou kannabis (çətənə) saqqızına görə ölüm cəzasına məhkum edilə bilər.

Bu barədə "The Guardian" nəşri yazıb.

Məlumata görə, idmançı içində 869 qram narkotik olan paketi götürmək üçün evinin birinci mərtəbəsinə enərkən təhlükəsizlik əməkdaşları onu saxlayıblar.

"Mən kannabisdən dərman kimi istifadə edirəm. Mənim Kron adlı sağalmayan iltihablı xəstəliyim var", - deyə Şou telefonla nəşrə müsahibəsində bildirib.

Onun müdafiəçisi Donte Uestin sözlərinə görə, ölüm cəzası ömürlük həbslə əvəz oluna bilər.

"Biz müsbət qərarın güclü presedent yaradacağı ümidi ilə bu işə mümkün qədər çox diqqət cəlb etməliyik. Mən özümü ona həsr etmişəm ki, Carred evə, anasının yanına qayıtsın", - deyə vəkil qeyd edib.

Məqalə müəllifi vurğulayır ki, İndoneziya narkotiklərlə bağlı sərt mövqe tutur, 2016-cı ildə ölkədə bir indoneziyalı və üç əcnəbi edam ediliblər. Hazırda 500-dən çox insan, o cümlədən 100-ə yaxın əcnəbi ölüm cəzasını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru