"Tağıyev" filminin baş rejissoru: "Bütün sualların cavabları tapılacaq"

Bu gün, 11:44           
"Tağıyev" filminin baş rejissoru: "Bütün sualların cavabları tapılacaq"
"Bu gün təqdim olunan "Tağıyev. Sona" filmi Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən üçüncü ən çox gözlənilən hissədir. Çünki bu kinolent Tağıyevin evlilik hekayəsindən bəhs edir. Düşünürəm ki, çox adam bu filmə baxandan sonra bütün sualların cavablarını tapacaq. Mənim fikrimcə, çox maraqlı süjet alınıb.

TEREF AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Nizami Kino Mərkəzində təqdim olunan "Tağıyev. Sona" filminin baş rejissoru Zaur Qasımlı deyib.

O, layihənin dörd hissədən ibarət olduğunu diqqətə çatdıraraq sonuncu hissədə bütün qəhrəmanların süjet xəttinin açıldığını bildirib.

"Tağıyev çox uzaqgörən və inadkar adam olub. Yəni, istəklərini öncədən məqsəd kimi qoyaraq onlara çatmağa çalışıb. Hər fürsətdən istifadə edib, bütün gücünü ona sərf edib və sonda da istədiyinə nail olub", - deyə baş rejissor əlavə edib.

Zaur Qasımlı filmin çəkilişlərinə 9 ay vaxt sərf elədiklərini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru