Bakıda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, hadisə axşam saat 21:30-da paytaxtın Səbail rayonunda baş verib.
Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Hadisə zamanı iki nəfər xəsarət alıb.