Dünyada ilk dəfə hərraca sukeçirməz saat çıxarılıb

Bu gün, 12:08           
Dünyada ilk dəfə hərraca sukeçirməz saat çıxarılıb
La-Manş boğazını üzərək keçmiş idmançı Mersedes Qlyaytseyə məxsus sukeçirməz "Rolex Oyster" qol saatı hərraca çıxarılıb.

"Bloomberg" xəbər verir ki, unikal əşya 1.3 milyon dollara satıla bilər.

"Sotheby's" hərrac evinin rəsmisinin sözlərinə görə, "Rolex" Qlyaytsenin zəfərindən sonra bütün dünyaya bəyan edib ki, çox əhəmiyyətli qol saatı ixtira edib və patentləşdirib.

Qeyd edək ki, saatın indiki sahibi olan fərdi kolleksiyaçı saatı 2000-ci ildə 17 min funt sterlinqə (22 min dollar - red.) alıb.

"Rolex"in banisi Hans Vilsdorf sukeçirməz "Oyster" saatını üzgüçü Mersedes Qlyaytseyə La-Manşı üzməzdən əvvəl hədiyyə edib. On saat suyun içində qalan saatın mexanizminə heç bir ziyan dəyməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru