Cahangir Hacıyevin keçmiş klubunda maaş qalmaqalı - ŞİKAYƏT

2-06-2017, 19:38           
Cahangir Hacıyevin keçmiş klubunda maaş qalmaqalı - ŞİKAYƏT
"İnter” futbol klubunda maaş qalmaqalı davam edir.

teref.az "futbolinfo”ya istinadən xəbər verir ki, klubun futbolçularına olan maaş borcunun bir qismini ödəyib. Klub rəhbərliyi mart və aprelin əmək haqlarını futbolçuların hesabına köçürüb.

Mayın maaşının isə iyunun 5-dək ödəniləcəyinə dair söz verilib.

Maraqlıdır ki, 2 gün öncə futbolçularla görüşündə "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov futbolçularla başqa cür danışıb. Öncə onlara cəmi bir ayın maaşının veriləcəyini bildirən yeni sədr "hələ buna da şükür etməlisiniz” sözlərini əlavə edib.

Lakin futbolçuların etirazından sonra avrokubok qabağı problem yaşamaq istəməyən rəhbərlik sponsorlarla danışaraq problemi yoluna qoyub.

Qeyd edək ki, Beynəlxalq Bankın imtina etməsindən sonra AFFA klubu himayəsinə götürüb. Klubun fəxri prezidenti indi həbsdə olan bankir Cahangir Hacıyev olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru