Şimali İrlandiya millisi Bakıya səfər öncəsi yoldaşlıq görüşündə qalib gəlib - VİDEO

3-06-2017, 08:18           
Şimali İrlandiya millisi Bakıya səfər öncəsi yoldaşlıq görüşündə qalib gəlib - VİDEO
Futbol üzrə Şimali İrlandiya milli komandası iyunun 10-da Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində yoldaşlıq görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib Konfederasiyalar Kubokuna hazırlaşan Yeni Zelandiya olub.
Belfastdakı "Windsor Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 6-cı dəqiqədə Liam Boys vurub. Konor Vaşinqtonun toy, Ceymi Uordun zədə ilə əlaqədar oyunu buraxdığı, klubsuz Kayl Laffertinin isə ehtiyatda qaldığı görüşdə Boys ilk dəqiqələrdən hücum xəttində yer alıb. Yığmada ilk qolunu vuran forvard 46-cı dəqiqədə yerini Laffertiyə verib. Baş məşqçi Maykl O`Nil oyun boyunca daha 5 futbolçu əvəzləməsinə əl atıb.
Qeyd edək ki, bu gün Şimali İrlandiya millisi Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Dörd günlük hazırlıq prosesinin ardından britaniyalılar Bakıya səfər edəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.
[media=https://www.youtube.com/watch?v=Rxk4mtakJRc#action=share]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru