“Qarabağ”ın rəqibi “Milan”a qalib gəldi - VİDEO

2-10-2017, 09:20           

Futbol üzrə İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Milan” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:0. Hesabı 72-ci dəqiqədə Edin Dzeko açıb. 77-ci dəqiqədə isə Alessandro Florensi romalıları sevindirib.
Bu qələbədən sonra “canavarlar” xallarının sayını 15-ə çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 5-ci pilləd
ə qərarlaşıb.
[media=https://www.youtube.com/watch?v=3LadiC6QfDs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru