DÇ-2018: Şimali İrlandiya Almaniyaya, İngiltərə Sloveniyaya qarşı

5-10-2017, 09:12           

Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində IX tura start veriləcək.

Qol.az xəbər verir ki, ilk oyun günündə C, E və F qrupunun iştirakçıları meydana çıxacaqlar.

Millimizin yer aldığı C qrupunda əsas diqqətlər Belfasta yönələcək. “Vindzor Park”da Şimali İrlandiya Almaniya yığmasını qəbul edəcək. Bundestim uduzmayacağı təqdirdə, qrup liderliyini və dünya çempionatına vəsiqəni təmin edəcək.

E qrupunda mərkəzi oyun Monteneqro - Danimarka matçıdır. Son 3 görüşü qələbə ilə başa vuran tərəflərin hər ikisi 16 xala malikdir və 2-3-cü yerləri bölüşdürürlər. Bu matçın nəticəsindən asılı olaraq Polşa səfərdə Ermənistanı məğlub etməklə sona 1 tur qalmış mundiala vəsiqəni rəsmiləşdirə bilər.

F qrupunda İngiltərə və Sloveniya “Uembli”də üz-üzə gələcəklər. Meydan sahibləri qələbə qazanacağı təqdirdə, DÇ-2018-ə yüksəlmiş olacaqlar. Şotlandiya - Slovakiya matçı isə qrup ikinciliyi baxımından mühüm əhəmiyyət daşıyır.

DÇ-2018, seçmə mərhələ

IX tur

5 oktyabr

C qrupu

20:00. Azərbaycan - Çexiya

22:45. Şimali İrlandiya - Almaniya

22:45. San Marino - Norveç
N
Komanda
O
Q
H
M
T/F
X
1
Almaniya
0
0
35-2
24
2
Ş. İrlandiya
1
1
16-2
19
3
Azərbaycan
8-12
4
Çexiya
2
10-9
5
Norveç
1
8-16
6
San Marino
0
0
2-38
0
E qrupu

20:00. Ermənistan - Polşa

22:45. Monteneqro - Danimarka

22:45. Rumıniya - Qazaxıstan

N
Komanda
O
Q
H
M
T/F
X
1
Polşa
18-11
19
2
Monteneqro
1
18-7
16
3
Danimarka
18-7
4
Rumıniya
2
8-8
5
Ermənistan
8-19
6
Qazaxıstan
0
4-22
2

F qrupu

22:45. İngiltərə - Sloveniya

22:45. Malta - Litva

22:45. Şotlandiya - Slovakiya
N
Komanda
O
Q
H
M
T/F
X
1
İngiltərə
0
16-3
20
2
Slovakiya
14-6
15
3
Sloveniya
10-4
4
Şotlandiya
14-10
5
Litva
6-18
6
Malta
0
0
2-21
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru