Polşa yığması İrəvanda Ermənistanı darmadağın edib

5-10-2017, 23:20           
Polşa yığması İrəvanda Ermənistanı darmadağın edib
Polşa yığması futbol üzrə Dünya çempionatı – 2018-in 9-cu turunun E qrupu matçında İrəvanda Ermənistan millisini 6:1 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, polyakların heyətində Robert Levandovski het-trik edərək 50 qol ilə milli komanda tarixində ən yaxşı bombardir olub.

Hazırda Polşa yığması qrupda birinci yeri tutur və Monteneqro-Danimarka matçında heç-heçə qeydə alınacağı təqdirdə artıq bu gün Rusiyada keçiriləcək dünya çempinatının final mərhələsinə vəsiqə aldə etmiş olacaq.

DÇ-2018 – Avropa. E qrupu. 9-cu tur

Ermənistan – Polşa – 1:6

0:1 – Qrositski – 2, 0:2 – Levandovski – 18, 0:3 – Levandovski – 25, 1:3 – Ambartsumyan – 39, 1:4 – Blaşikovski – 58, 1:5 – Levandovski – 64, 1:6 – Volski – 89.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru