İspaniya yığması DÇ-2018-ə vəsiqə qazanıb, Türkiyə və Albaniya şanslarını itirib
7-10-2017, 07:36
Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun növbəti görüşləri keçirilib. "Report"un məlumatına görə, turun ikinci oyun günündə D, G və İ qruplarında 9 qarşılaşma oynanılıb.
İ qrupunda yer alan Türkiyə millisi evdə İslandiyaya böyük hesabla uduzub. Qrupun digər oyunlarında Xorvatiya Finlandiyanı yenə bilməyib, Ukrayna isə Kosovanı məğlub edib. Bununla da "ay-ulduzlular" Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə şanslarını itiriblər. Qrupun qalibi və "pley-off"a vəsiqənin sahibi son turda müəyyənləşəcək.
D qrupunda da birbaşa vəsiqə verən ilk pillənin sahibi müəyyənləşməyib. Uels səfərdə Gürcüstanı yensə də, lider Serbiya Avstriyaya uduzub. İrlandiyanın da Moldovaya qalib gəlməsindən sonra hər şey son tura qalıb.
Axırıncı turda eyni xala malik Ukrayna və Xorvatiya milliləri bir-biriləri ilə üz-üzə gələcəklərindən, hansısa xal qazanacaq. Nəticədə Türkiyənin "pley-off"a vəsiqə verən ikinci yeri tutması mümkün olmayacaq.
G qrupunda yer alan İspaniya yığması isə final mərhələsinə vəsiqə əldə edib. "Qarabağ"ın futbolçusu Ansi Aqollinin də çıxış etdiyi Albaniya millisi ilə görüşdə pireneylilər böyük hesabla qalib gəliblər. İkinci pillədəki İtaliyanın Makedoniya ilə heç-heçə edib. Beləliklə, Albaniya da "pley-off" şanslarını itirib.
DÇ-2018
Seçmə qrup mərhələsi, IX tur
6 oktyabr
D qrupu
20:00. Gürcüstan - Uels - 0:1
Qol: Tom Lourens, 49
22:45. Avstriya - Serbiya - 3:2
Qollar: Quido Burqstaller, 25. Marko Arnautoviç, 76. Luis Şaub, 89 - Luka Milivoyeviç, 11. Nemanya Matiç, 83
22:45. İrlandiya - Moldova - 2:0
Qollar: Daril Mörfi, 2; 19
Xal durumu: Serbiya - 18, Uels - 17, İrlandiya - 16, Avstriya - 12, Gürcüstan - 5, Moldova - 2.
G qrupu
22:45. İspaniya - Albaniya - 3:0
Qollar: Rodriqo, 16. İsko, 24. Tiaqo Alkantara, 27
22:45. İtaliya - Makedoniya - 1:1
Qollar: Corco Kyellini, 40 - Aleksandar Traykovski, 77
22:45. Lixtenşteyn - İsrail - 0:1
Qol: Eytan Tibi, 21
Xal durumu: İspaniya - 25, İtaliya - 20, Albaniya - 13, İsrail - 12, Makedoniya - 8, Lixtenşteyn - 0.
I qrupu
22:45. Türkiyə - İslandiya - 0:3
Qollar: Yohan Qudmundsson, 32. Birkir Byarnason, 39. Kari Arnason, 50
22:45. Xorvatiya - Finlandiya - 1:1
Qollar: Mario Mancukiç, 57 - Piri Soiri, 90
22:45. Kosova - Ukrayna - 0:2
Qollar: Leart Paqarada, 60-öz qapısına. Andrey Yarmolenko, 87
Xal durumu: İslandiya - 19, Xorvatiya - 17, Ukrayna - 17, Türkiyə - 14, Finlandiya - 8, Kosova - 1.