Alman mütəxəssis millimizi aşağıladı: "Dəlisiniz?"

8-10-2017, 12:23           

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb.
teref.az apasport.az-a istinadən xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında "t-online.de" portalındakı ənənəvi köşəsində bəhs edib.
Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb: "Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin növbəti rəqibi Azərbaycandan bəhs etmək istəyirəm. Sözsüz ki, komandamız bu oyunda qələbə qazanacaq. Azərbaycanın göstərəcəyi xüsusi heç bir şey yoxdur. San Marino qarşısında qələbə onlarda qəribə xəyallar yaratdı. Ancaq onlara demək lazımdır ki, dəlisiniz? Siz həqiqətən qrupda ikinci olmaq istəyirsiniz?"
70 yaşlı çalışdırıcı millimiz haqqında xoş sözlər də deyib: "Onların doğru yolda olduqlarını deyə bilərəm. Maraqlı oyunçuları var ki, II Bundesliqada güclü komandalarda çıxış edə bilərlər. Məni ən çox məyus edən isə odur ki, onlar Azərbaycanda oynamaqdan məmnundular. Çünki orda rahat olurlar. Azərbaycanda əsas diqqət şahmata və güləşə ayrılıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru