ABŞ vitse-prezidenti vətəni İndianada keçirilən futbol oyununu tərk edib

9-10-2017, 12:08           
ABŞ vitse-prezidenti vətəni İndianada keçirilən futbol oyununu tərk edib
ABŞ vitse-prezidenti vətəni İndianada keçirilən futbol oyununu tərk edib. Mayk Pens bunu bəzi oyunçuların milli himn zamanı diz çökməsinə etiraz əlaməti olaraq edib.

İndianının sabiq qurbernatoru daha sonra Twitter hesabında yazıb ki, mən və prezident Tramp əsgərlərimiz, bayrağımız və milli himnimizə hörmətsizlik göstərilən tədbirləri təqdir edə bilmərik.

Tramp Tweeter-də vitse-prezidentin qərarının kortəbii olmadığını yazaraq bildirib ki, mən Pensdən ölkəmizə hörmətsizlik olan dizçökməyə yol verilsə, stadionu tərk etməsini istəmişdim.

Əksəriyyəti Afrika mənşəli amerikalılar olan oyunçular isə irqi ayrı-seçkiliyə və sosial bərabərsizliyə bu yolla etirazlarını bildirdiklərini deyir.

Son həftələr adi hal alan dizçökmələr bir neçə silahsız qaradərilinin polis tərəfindən öldürülməsinə etiraz mahiyyəti daşıyır ("Amerikanın səsi").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.