Futbolçu oyun zamanı infarkt keçirdi- VƏZİYYƏTİ AĞIRDIR

10-10-2017, 21:12           

Futbol üzrə Fransa kubokunun V mərhələsi çərçivəsində keçirilən “Marli-la-Vil” – “Versal” oyununda bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin İdriss adlı futbolçusu infarkt keçirərək, yerə yıxılıb.
Nəticədə görüş yarımçıq dayandırılıb, futbolçu isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Hələ də özünə gəlməyən İdrissin durumu ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, yarımçıq dayandırılan oyunda 28-ci dəqiqəyə qədər hesab açılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru