Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb

11-10-2017, 09:15           
Messinin het-triki Argentinanı dünya çempionatına çıxarıb
Futbol üzrə Argentina yığması Rusiyada keçirilən 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb.
“Report” xəbər verir ki, Cənubi Amerika üzrə təsnifat mərhələsinin 18-ci turu çərçivəsində keçirilən həlledici oyunda argentinalılar səfərdə Ekvador üzərində 3:1 hesablı inamlı qələbə qazanıblar.
Argentinan heyətində Lionel Messi het-triklə yadda qalıb, Ekvadorun yeganə qolunu Romario İbarra vurub.
Argentinalılar 28 xal toplayıblar və seçmə mərhələdə üçüncü yeri tutublar ki, bu da onları DÇ-2018-ə birbaşa çıxarıb. Birinci yeri həlledici matçda Çili üzərində 3:0 hesabı ilə qalib gələn braziliyalılar qərarlaşıb. Sambaçılar bununla həm də Xuan Antonio Pitssinin komandasını mündialdan kərada qoymuş olublar. İkinci yeri 18-ci turda Boliviyanı 4:2 hesabı ilə məğlub edən Uruqvay tutub. Dördüncü isə Peru ilə 1:1 oynayan Kolumbiya olub. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə DÇ-ya çıxmaq uğrunda mübarizə aparmaq hüququ əldə ediblər.
Yekun turnir cədvəli: 1. Braziliya — 41 xal; 2. Uruqvay — 31; 3. Argentina — 28; 4. Kolumbiya — 27; 5. Peru — 26; 6. Çili — 26; 7. Paraqvay — 24; 8. Ekvador — 20; 9. Boliviya — 14; 10. Venesuela — 12.
DÇ-2018 – Cənubi Amerika. 18-ci tur
Ekvador – Argentina - 1:3
1:0 – İbarra – 1, 1:1 – Messi – 12, 1:2 – Messi – 20, 1:3 – Messi – 62
Braziliya – Çili - 3:0
1:0 – Paulinyo – 55, 2:0 – Jezus – 57, 3:0 – Jezus – 90+3
Uruqvay – Boliviya - 4:2
0:1 – Silva – 24 (avtoqol), 1:1 – Kaseres – 39, 2:1 – Kavani – 42, 3:1 – Suares – 60, 4:1 – Suares – 76, 4:2 – Qodin – 79 (avtoqol)
Peru – Kolumbiya - 1:1
0:1 – Rodriqes – 56, 1:1 – Qerrero – 76
Paraqvay – Venesuela - 0:1
0:1 – Errera – 84
Qırmızı vərəqə: Qomes, 89 – Anhel, 89












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru