ABŞ millisi 32 ildə ilk dəfə olaraq dünya çempionatına çıxa bilməyib

11-10-2017, 09:17           
ABŞ millisi 32 ildə ilk dəfə olaraq dünya çempionatına çıxa bilməyib
Futbol üzrə Dünya çempionatı 2018-in Şimali və Mərkəzi Amerika zonası üzrə təsnifat mərhələsində ABŞ yığması səfərdə Trinidad və Tobaqo millisinə 1:2 hesabı ilə məğlub olub.
“Report” xəbər verir ki, bu məğlubiyyət Birləşmiş Ştatlar millisini “play-off” matçı vasitəsi ilə dünya çempionatına çıxmaq şanslarından məhrum edib.
Brüs Arenin yetirmələri öz qrupunda 5-ci yeri tutaraq 1986-cı ildən bu yana ilk dəfə olaraq dünya çempionatını buraxmalı olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru