Millimiz böyük hesabla məğlub oldu

14-10-2017, 10:10           
Millimiz böyük hesabla məğlub oldu
Azərbaycanın futbol üzrə U-17 yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununda Ukrayna millisinə böyük hesabla uduzub. Modern.az xəbər verir ki, Mirbağır İsayevin komandası Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki “Lokomotiv” stadionunda keçirilən görüşdə 6:1 hesabı ilə məğlub olub.

Ukrayna komandasının heyətində Mixaylo Mudryk (3-cü dəqiqə), Roman Yakuba (15ə), Danilo Sikan (35), Alan Aussi (62), Stanislav Biblik (78) və Artyom Şulyanski (80+1) fərqləniblər. Millimizin yeganə qolunu 17-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, ilk oyunda komandamız İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru