"İnter" son dəqiqələrdə vurduğu qolla "Milan"ı məğlub edib

16-10-2017, 03:47           
"İnter" son dəqiqələrdə vurduğu qolla "Milan"ı məğlub edib
Futbol üzrə İtaliya A Seriyasının VIII turunda mərkəzi görüş "İnter" və "Milan" komandaları arasında keçirilib.



"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionundakı qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "İnter"in hər 3 qolunu Mauro İkardi vurub. O, 28-ci, 63-cü və penalti ilə 90-cı dəqiqədə fərqlənib. "Milan"dan isə 56-cı dəqiqədə Suso, 81-ci dəqiqədə Cakomo Bonaventura qola imza atıb.



Bu qələbə sayəsində xallarını 22-yə çatdıran "İnter" 2-ci pillədə qərarlaşıb. 12 xala malik "Milan" isə 10-cudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru