“Azərbaycanlı şahmatçının atası zəng edib heç-heçə oynamağımı xahiş etdi” - Levon Aronyan

16-10-2017, 12:18           
“Azərbaycanlı şahmatçının atası zəng edib heç-heçə oynamağımı xahiş etdi” - Levon Aronyan
Erməni qrossmeyster Levon Aronyan ölkəsinin İctimai radiosuna müsahibəsində azərbaycanlı şahmatçı ilə bağlı xatirəsini danışıb.

Virtualaz.org xəbər verir ki, Aronyan müsahibəsində deyib: “Şahmat yolumun başlanğıcında azərbaycanlı oyunçularla qarşılaşmalar hardasa həyəcan verirdi, lakin indi belə şey yoxdur, öhdəsindən gəlməyə çalışıram. Yalnız qələbə gəlməyin lazım olması barədə çox düşünəndə əksinə olur.

Bir hadisə danışım, amma ad çəkməyəcəyəm. 2003, ya da 2004-cü ildə Avropa çempionatında çıxış edirdim. Gecə saat 2-nin yarısı mənə zəng gəldi. Azərbaycanlı şahmatçılardan birinin atası sabahkı oyunda oğlu ilə heç-heçə etməyimi xahiş etdi və bildirdi ki. bu onlar üçün vacibdir. Belə şeyləri xoşlamadığım üçün etiraz etdim. Ertəsi gün isə oyun elə gətirdi ki, az qala məğlub olacaqdım. Sonda heç-heçəyə nail oldum (gülür)”.

Araşdıraraq müəyyənləşdirdik ki, 2003 və 2004-cü illərdə Aronyan Avropa çempionatlarında oynayıb. 2003-cü ildə Sərxan Quliyevlə heç-heçə edib. 2004-cü ildə isə Zeynəb Məmmədyarovaya qalib gəlib, lakin Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla oyunları heç-heçə bitirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.