Messi Ronaldudan sonra Avrokuboklarda 100 qol vuran ikinci futbolçu olub

19-10-2017, 09:46           
Messi Ronaldudan sonra Avrokuboklarda 100 qol vuran ikinci futbolçu olub
Barselona"nın argentinalı futbolçusu Lionel Messi UEFA-nın himayəsi altında keçirilən klub turniri oyunlarında vurduğu qolların sayını 100-ə çatdırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Messi çərşənbə günü Çempionlar Liqasının III turu çərçivəsində Yunanıstan "Olimpiakos"una qarşı keçirdiyi ev oyununda dubl edib (3:1).
Messi Çempionlar Liqasında 97, UEFA Superkubokunda isə 3 qol vurub. O, bu qolları 122 oyuna vurub.
Avrokuboklarda vurduğu qolların sayına görə birinci yerdə Kriştianu Ronaldu qərarlaşıb. O, 151 matça 113 qol vurub. Üçüncü pillədə "Real"ın keçmiş hücumçusu Raul gedir. Oyunun hesabında 158 oyuna 76 qol var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru