Tanınmış hakim "Qarabağ"ın verilməyən penaltisindən danışdı

19-10-2017, 18:27           

Penalti epizodu haqda danışan keçmiş ispaniyalı hakim Anduxar Oliver, referinin yanlış qərar qəbul etdiyini deyib
Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Ağdam klubunun futbolçusu Dino Ndlovunun haqsız yerə meydandan qovulmasına İspaniya mətbuatı da biganə qalmayıb.

teref.az "Qol.az"-a istinadən xəbər verir ki, sözügedən epizod haqda danışan keçmiş ispaniyalı hakim Anduxar Oliver, referinin yanlış qərar qəbul etdiyini deyib:

“İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilir. Ancaq epizodun təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçırdı və matçın taleyini dəyişdi”.

Qeyd edək ki, oyunun 75-ci dəqiqəsində qonaqların oyunçusu Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru