Oktyabrın 19-da Avroliqanın 3-cü turu çərçivəsində keçirilən “Vardar” – “Real Sosyedad” matçını azərbaycanlı hakim Əliyar Ağayev idarə edib. “Qafqazinfo” xəbər verir ki, görüş ev sahibinin 0:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ə.Ağayev matçda cəmi 1 dəfə sarı kart göstərib. Həmin rəsmi xəbərdarlıq isə “Vardar”ın erməni futbolçusu Hambardzumyana edilib.