"Hafka" səxavəti - Bahalı içkilər, gecəyarısına kimi davam edən əyləncə…

20-10-2017, 10:55           

"Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində "Atletiko Madrid" klubunun rəhbərliyinə qonaqlıq verib.
"Qarabağ"la oyundan sonra "Hafka" klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından birində qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. "Hafka" qonaqlarına əyləncə də təşkil edib.
Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək çinli məmurlar da olub.
Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Hafiz Məmmədovun təşkilatçılığı ilə "Atletiko" (Madrid) klubunun prezidenti Enrike Serezo, klubun baş direktoru Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlmişdi. Həmin il "La Liqa"da çempionluq elan edən klub rəsmiləri özləri ilə birlikdə çempionluq kubokunu da gətirmişdilər.
Bundan başqa Hafiz Məmmədov hələ o dövürdən təhlükə altında olan biznesini qorumaq üçün "Land of fire Azerbaijan" layihəsini həyata keçirmiş və bu devizi "Atletiko" (Madrid) klubunun formalarına yazdırtmışdı. azxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru