“Qalatasaray”-“Fənərbaxça” derbisi bitdi: hakimə hücum

23-10-2017, 08:48           

Türkiyə Super Liqasının 9-cu həftəsində “Qalatasaray” və “Fənərbaxça” klubları üz-üzə gəliblər.

Axar.az xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb. “Qalatasaray”ın yarımmüdafiəçisi Belhanda 73-cü dəqiqədə qırmızı vərəqə görərək meydanı tərk edib.

Gərgin keçən oyunda azarkeşlər yan xətt hakiminə müxtəlif maddələr atıblar və o aldığı zədədən bir müddət yerdə qalıb.

Bu hesabdan sonra “Qalatasaray” 23 xalla liderliyini qoruyub, “Fənərbaxça” isə xallarının sayını 15-ə yüksəldib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru