Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

23-10-2017, 09:44           

Türkiyə superliqasının 9-cu turunun oktyabrın 21 və 22-də keçirilən matçlarında “Qarabağ” və Azərbaycan çempionunun azarkeşlərinə möhtəşəm dəstək ifadə edilib.

AFN xəbər verir ki, "Bursaspor", "Yeni Malatyaspor", "Trabzonspor" və "Qalatasaray" azarkeşləri A4 kağızlarda yazılmış Q A R A B A Ğ yazısını əllərində tutaraq komandamıza dəstək veriblər.

Qeyd edək ki, bu addım Türkiyənin “Sabah” qəzetində “Qarabağ” azarkeşlərinin Q A R A B A Ğ yazılmış plakatını hədəfləyərək təhqiredici yazının dərcinə etiraz olaraq atılıb. Artıq yazının müəllifi Mevlüt Tezel həmin yazıya görə Azərbaycan xalqından üzr istəyib.

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru