Gürcüstanda azərbaycanlı qətlə yetirildi

24-10-2017, 08:26           
Gürcüstanda azərbaycanlı qətlə yetirildi
Gürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.

APA-nın yerli bürosu xəbər verir ki, 30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.

Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru