Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb - VİDEO

24-10-2017, 08:35           
Jiru FİFA-nın ilin ən gözəl qolu mükafatına layiq görülüb - VİDEO
İngiltərənin "Arsenal" klubunun forvardı Olivye Jirunun "Kristal Pelas"ın qapısına dabanı ilə vurduğu qol FİFA versiyası üzrə 2017-ci ilin ən gözəl qolu seçilib.
“Report” xəbər verir ki, Jiru 2009-cu ildən (cinsindən asılı olmayaraq) ilin ən gözəl qolunu vurmuş futbolçuya verilən Ferents Puşkaş adına mükafata layiq görülüb.
Bunadək sözügedən titula Kriştianu Ronaldu, Həmid Altıntop, Neymar, Miroslav Stox, Zlatan İbrahimoviç, Hames Rodriqes, Faiz Subri Vendell Lira sahib çıxıb.
Puşkaş mükafatına Jiru ilə yanaşı Deyna Kastelyanos (Venesuelanın qadınlardan ibarət U-17 yığması, 24.10.2016) və qapıçı Oskarine Masulukenin ("Baroka", 04.12.2016) qolları iddialı idi.

[media=https://www.youtube.com/watch?time_continue=12&v=5U25HDzpG-E]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru