Like Martens FİFA versiyası üzrə ilin ən yaxşı qadın futbolçusu seçilib - VİDEO

24-10-2017, 08:42           
Like Martens FİFA versiyası üzrə ilin ən yaxşı qadın futbolçusu seçilib - VİDEO
Niderland yığması və "Barselona" klubunun oyunçusu Like Martens FİFA versiyası üzrə 2017-ci ilin ən yaxşı qadın futbolçusu seçilib.
“Report” xəbər verir ki, o, bu ad uğrunda mübarizədə Deyna Kastelyanos (Venesuela yığması, "Santa Klarita Blu Hart") və Karli Lloydu (ABŞ yığması, "Mançester Siti") qabaqlayıb.
Martens 2017-ci ildə Niderland yığmasının heyətində Avropa çempionu olub.
İlin ən yaxşı qadın məşqçisi Niderland yığmasına rəhbərlik edən Sarina Viqman olub. O, bu ad uğrunda mübarizədə Danimarka yığmasının baş məşqçisi Nils Nilsen və "Lion"un çalışdırıcısı Jerar Preşi qabaqlayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru