Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib

26-10-2017, 09:26           

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb. Onlardan daha 2-si yarımfinala yüksəlməklə, bürünc medalı təmin ediblər.

Trend-in məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Həsən İbrahimov Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayıb. Görüş boksçumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkov da döyüşünü xeyrinə bitirib. O, fransalı Moreno Fenderonu 4:1 hesabı ilə məğlub edib.

Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 4-ə çatıb. Oktyabrın 27-də keçiriləcək döyüşlərdə Həsən İbrahimov (49 kq) Sahil Alahverdovı ilə (Gürcüstan), Amin Kuşkov (75 kq) İvan Papakinlə (Ukrayna), Surət Qarayev (81 kq) Ruslan Kolesnikovla (Rusiya) və Məhəmməd Abdullayev (+91 kq) Yosip Biletiçlə (Xorvatiya) üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru