Rövnəq Abdullayev Robert Prosineçkini belə yola saldı - Müqavilə uzadılmadı

27-10-2017, 07:49           

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

Qurumun mətbuat xidmətindən teref.az-ya verilən məlumata görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru