“Ofsayt”, “Penalti” tarixə qovuşur – FİFA-dan futbol qaydalarında İNQİLABİ DƏYİŞİKLİKLƏR - FOTOLAR

27-10-2017, 11:05           

Futbol qaydalarında tarixi bir dəyişiklik hazırlığında olan FİFA Marko Van Bastenin başçılığı ilə yeni fikirləri həyata keçirməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu yeniliklərdən biri video hakim proqramı olacaq. Yavaş-yavaş bütün ölkələrə yayılan bu proqram yeniliklərin başlanğıcı hesab edilir.
Bildiyimiz bütün qaydaların dəyişilməsi üçün 10 versiya təqdim edilib.
1. Ofsayt ləğv ediləcək
Aparılan anket sorğusunda iştirakçıların 63-ü bu dəyişikliyə qarşı çıxıb.

2. Sarı vərəqə əvəzinə zaman cəzası
Məsələn, sarı kartlıq hərəkət edən oyunçu 5 dəqiqə meydançadan kənar saxlanılsın.
Anketdəki iştirakçıların 59-u bu dəyişikliyi dəstəkləyib.

3. Penalti ləğv ediləcək
Matçın penaltilərə qalması təqdirində penalti yerinə cərimə zərbəsi verilməsi. ABŞ-ın MLS Liqasında hazırda bu sistem tətbiq edilir. Bu sistemdə oyunçu topu qapıdan 25 metr aralıda qoyur və yavaş-yavaş qapıçıya doğru yaxınlaşaraq zərbə vurmağa çalışır.
İştirakçılardan 57 nəfər bu dəyişikliyi müsbət qarşılayıb.

4. Hakimin saatı dayandırılacaq
Vaxt itikisinin qarşısını almaq üçün matçın son 10 dəqiqəsində oyun dayanarsa, hakim matç saatını dayandıracaq.
Sorğu iştirakçılarının 80-i bu qərara müsbət reaksiya verib.
“Ofsayt”, “Penalti” tarixə qovuşur – FİFA-dan futbol qaydalarında İNQİLABİ DƏYİŞİKLİKLƏR - FOTOLAR
5. Sadəcə kapitan etiraz edəcək
Hakimə etiraz və onunla danışmaq səlahiyyəti sadəcə komandanın kapitanına veriləcək.
Sorğuda 89 nəfər bu qərarı dəstəkləyib.

6. 5 dəfə səhv edən oyunçu oyundan kənarlaşdırılacaq.

7. Gənc və veteran komandalar 8 nəfərlik heyətlə oynayacaq.

8. Futbolun keyfiyyətinin artırılması üçün matç sayı azaldılacaq.

9. Oyunçu dəyişikliyinin sayı 4 və ya 5 olacaq.

10. Oyunçu dəyişikliyi aparılarkən matç davam edəcək.
Anket sorğusunda iştirak edənlərin 62-si bu dəyişikliyə qarşı çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru