Top problemi: Riyaziyyatçı alim Britaniya hökumətinə qarşı

28-10-2017, 08:58           
Top problemi: Riyaziyyatçı alim Britaniya hökumətinə qarşı
Oktyabrın 9-da ingiltərəli riyaziyyatçı alim və videobloger Mett Parker Böyük Britaniyadakı yol nişanlarında təsvir edilmiş topun düzgün çəkilmədiyini və dəyişdirilməsini hökumətdən tələb edib. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, bunun üçün Parker petisiya da tərtib edib.

Alim iddia edir ki, yol nişanlarındakı top yalnız 6 bucaqlı hissələrdən ibarətdir ki, fiziki cəhətdən bu qeyri-mümkündür. Normal toplarda 6 bucaqlı hissələr 5 bucaqlı hissələrlə növbələşir.

Lakin hökumət Mett Parkerin tələbinə biganə yanaşıb və bildirib ki, yol nişanları bu şəkildə də öz funksiyasının öhdəsindən lazımınca gəlir və dəyişikliyə ehtiyac yoxdur.

Hər şey bununla bitməyib. Hazırda Parkerin tərtib etdiyi petisiyanı 19 min nəfər imzalayıb. Bu rəqəm 100 minə çatarsa, məsələ Britaniya parlamentində müzakirə olunmalıdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.