"Barselona" futbol klubu Kataloniyanın müstəqilliyinə şərh verməyib

28-10-2017, 09:38           
"Barselona" futbol klubu Kataloniyanın müstəqilliyinə şərh verməyib
"Barselona" futbol klubu Kataloniya parlamentinin müstəqillik bəyannaməsi ilə bağlı rəsmi bəyanat yaymayacaq.
"Report" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Klubun prezidenti Xosep Mariya Bartomeu bildirib ki, klub əsasən Kataloniya hakimiyyəti tərəfindədir. Lakin onların bütün hərəkətlərini dəstəkləmir.
O, İspaniya və Kataloniyanı konstruktiv dialoqa çağırıb.
"Barselona"nın baş məşqçisi Ernesto Valverde isə bu mövzunu şərh etməkdən imtina edib. Baş məşqçi bildirib ki, onu ancaq futbol maraqlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru