Entoni Coşua boks üzrə superağır çəkidə dünya çempionu titulunu qoruyub

29-10-2017, 10:36           
Entoni Coşua boks üzrə superağır çəkidə dünya çempionu titulunu qoruyub
Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyanın (IBF) versiyaları üzrə superağır çəkidə dünya çempionu, britaniyalı Entoni Coşua kamerun əsilli Fransa boksçusu Karlos Takama ilə görüşdə qalib gələrək hər iki titulunu qoruyub.
"Report" xəbər verir ki, Kardifin 75 minlik “Millenium” stadionunda baş tutan görüşdə Coşua dördüncü raunda rəqibini nokdauna yollayıb, 10-cu raundda isə qarşılaşmanın hakimi britaniyalının tam üstünlüyünü nəzərə alaraq görüşü dayandırmalı olub.
Bu, Coşuanın karyerasında 20-ci qələbəsi olub. İndiyə qədər britaniyalı bütün döyüşlərini nokautla başa vurub.
[media=https://www.youtube.com/watch?v=DSk_VnS7cL8]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru