"Qarabağ" tarix yazdı: “Qarabağ” Madriddən 1 xalla dönür

1-11-2017, 02:51           
"Qarabağ" tarix yazdı: “Qarabağ” Madriddən 1 xalla dönür
Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxacaq.

Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçiriləcək.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların dueli autsayderlikdən qaçmaq baxımından da önəmlidi. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdə sensasiyaya imza atsa, qazanılacaq 3 xalla sonuncu pillədən qurtulacaq. Madridlilər isə zirzəmiyə düşməmək üçün uduzmamalıdı.

İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidi. Xal itkisi madridliləri liderlərdən uzaq salacaq.

“Qarabağ” isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.

Bunun baş verməməsi üçün xal qazanmağa borclu “Qarabağ” evdəki heç-heçənin də təsadüfi olmadığını Madriddəki uğurla sübut etməlidi. Əldə olunacaq xal həm ölkə, həm də klub reytinqi baxımından da böyük önəm kəsb edir.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası
IV tur, C qrupu
31 oktyabr

“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) - 1:1
Qırmızı vərəqələr: Saviç, 88 (ikinci sarı) - Pedro Enrike, 59 (birbaşa)
Qollar: Tomas, 56 - Miçel, 40

Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan
Baş məşqçi: Dieqo Simeone

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

1
Çelsi
3
2
1
0
11-4
7
2
Roma
3
1
2
0
5-4
5
3
Atletiko
3
0
2
1
1-2
2
4
Qarabağ
3
0
1
2
1-8
1












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.