"Bavariya" və PSJ Çempionlar Liqasının 1/8 finalına yüksəlib

1-11-2017, 04:26           
"Bavariya" və PSJ Çempionlar Liqasının 1/8 finalına yüksəlib
Futbol üzrə Çempionlar Liqasında IV tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gəlib.

Bu oyunlardan sonra Almaniyanın "Bavariya" və Fransanın PSJ klubu B qrupunda ilk 2 yeri təmin edərək, vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. İngiltərə "Mançester Yunayted"i A qrupunda, İspaniya "Barselona"sı D qrupunda liderliklərini möhkəmləndirərək, növbəti mərhələyə xeyli yaxınlaşıblar.
"Qarabağ"ın yer aldığı C qrupunda isə lider dəyişib. "Roma" İtaliyada İngiltərənin "Çelsi" komandasını darmadağın edərək, birinci pilləyə yüksəlib.

Çempionlar Liqası, Qrup mərhələsi, IV tur
31 oktyabr

A qrupu

23:45. "Bazel" (İsveçrə) - MOİK (Rusiya) - 1:2
Qollar: Luka Zuffi, 32 - Alan Zaqoyev, 65. Pontus Vernblum, 79
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 2:0
Qollar: Mile Svilar, 45-öz qapısına. Deyli Blind, 78-penalti ilə
Yerinə yetirilməyən penalti: Antoni Marsyal, 15 ("Mançester Yunayted")
Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 6, MOİK - 6, "Benfika" - 0.

B qrupu

23:45. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Kollum MakQregor, 74 - Kinqsli Koman, 22. Xavyer Martines, 77
23:45. PSJ (Fransa) - "Anderlext" (Belçika) - 5:0
Qollar: Marko Veratti, 30. Neymar, 45+4. Layvin Kurzava, 52; 72; 78
Xal durumu: PSJ - 12, "Bavariya" - 9, "Seltik" - 3, "Anderlext" - 0.

C qrupu

23:45. "Roma" (İtaliya) - "Çelsi" (İngiltərə) - 3:0
Qollar: Stefan El Şaravi, 1; 36. Dieqo Perotti, 63
23:45. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: Tomas Partey, 56 - Miçel, 8
Qırmızı vərəqələr: Pedro Enrike, 59, Stefan Saviç, 88
Xal durumu: "Roma" - 8, "Çelsi" - 7, "Atletiko" - 3, "Qarabağ" - 2.

D qrupu

23:45. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 1:1
Qollar: Bruno Sezar, 20 - Qonzalo Higuain 79
23:45. "Olimpiakos" (Yunanıstan) - "Barselona" (İspaniya) - 0:0
Xal durumu: "Barselona" - 10, "Yuventus" - 7, "Sportinq" - 4, "Olimpiakos" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru