Kamil Zaynallını dönüşdə "Qarabağ"ın təyyarəsinə qoymadılar — Söyüşə görə

1-11-2017, 11:48           
Kamil Zaynallını dönüşdə "Qarabağ"ın təyyarəsinə qoymadılar — Söyüşə görə
İdmançı Kamil Zeynallı "Qarabağ"ın təyyarəsində söyüş söydüyünə görə gündəmə gəlmişdi.

"Ölkə.Az"ın məlumatına görə, K.Zeynallı Çempionlar Liqasının qrup mərhələsində dünən qarşılaşan "Atletiko Madrid" və "Qarabağ" matçını izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü.

K.Zeynallı təyyarədə olarkən "Instaqram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinə yüksək səslə söyüşlər söymüşdü.

Həmin vaxt təyyarədə heç kim Kamilin bu tərbiyəsiz hərəkətinə reaksiya verilməsə də bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində Kamilin də gəlməsinə icazə verilməyib.

"Ölkə.Az" xəbər verir ki, klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyi, Bakıya özünün qayıtmasını bildiriblər.

K.Zeynallı isə rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də nəticə dəyişməyib.

Xatırladaq ki, "Qarabağ" Madriddə "Atletiko Madrid" ilə 1-1 heç-heçə edib.
[media=https://www.youtube.com/watch?v=2oS0r9YYcc4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru