"Qarabağ"ın Çempionlar Liqasındakı qazancı məlum oldu

1-11-2017, 14:14           

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Atletiko" ilə oyunda heç-heçə etməsi Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.

teref.az baku.ws-ə istindən xəbər verir ki, Madriddə "Atletiko" ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro (988.800 AZN) mükafat ayrılacaq.

Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, "Qarabağ"ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (1.977600 AZN) qazanc əldə etməsi deməkdir.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru