Tarik Elyunussi "Qarabağ"dan gedir?

2-11-2017, 08:12           

8-ci turda "Qarabağ"ın heyətində "İnter"ə qarşı 90 dəqiqə oynadıqdan sonra "Qarabağ"ın futbolçusu Tarix Elyunussi sanki qeybə çəkilib. Nə 9-cu turda "Qəbələ"yə, nə də 10-cu turda "Səbail"ə qarşı matçlarda onun adına iştirak ərizəsində rast gəlmədik. Həmçinin Madridə də getməmişdi.

Rekord.az-a daxil olan məlumata görə, norveçli futbolçu "Qarabağ"da özünü rahat hiss eləmir.

Ümumiyyətlə, Azərbaycandakı həyat tərzinə alışa bilmir, özünü Bakıda narahat hiss edir. Buna görə də Ağdam klubundan ayrılmaq istəyir. Düzdür, onun "Qarabağ"dan ayrılıb Norveçə getməsinin səbəbi sırf bununla bağlı deyil. Amma görünən odur ki, orytada nə isə qaranlıq məqam var. Yoxsa 8-ci turda 90 dəqiqə meydançada olan futbolçu birdən-birə 3 oyundur niyə yox çıxsın?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru