4 qat dünya çempionunun alacağı maaş - 40 milyon

3-11-2017, 09:36           
4 qat dünya çempionunun alacağı maaş - 40 milyon
Formula 1-də 4 qat Dünya Çempionu olan Luis Hamilton "Mercedes"lə müqaviləsini uzatmağa çox yaxındır.

teref.az aznews.az-a istinadən xəbər verir ki, Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamiltonun maaşı da arta bilər. Pilotun maaşı ildə 40 milyon funt sterlinq təşkil edəcək.

Bununla da o, Britaniya idmanı tarixində ən yüksək maaş alan şəxs kimi tarixə düşəcək.

"Danışıqlar prosesi çox rahat başa gəldi. Biz müqavilədəki hər bir detalı müzakirə etmişik. Yalnız, sponsorlarla əməkdaşlıq şərtləri, brendin inkişafı və ikitərəfli xeyirlər barədə məsələlərin həlli qalır. Mən əminəm ki, yaxın aylarda bütün bu məsələlər həll olunacaq. Bizə son iki yarışda sürətdən həzz almaq qalır." , - deyə Hamilton bildirib.

İngilis pliot əlavə etdi ki, beşinci çempion titulu üçün də mübarizə aparmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru