Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR Böyüt

7-12-2017, 08:29           
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR  Böyüt
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, E, F, G və H qrupunda baş tutan qarşılaşmalarda 1/8 finalın bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

F qrupunda “Napoli” ilə “Şaxtyor”un qiyabi mübarizəsini doğma meydanda "Mançester Siti"yə qalib gələn ukraynalılar qazanıblar. İtaliyalılar isə səfərdə “Feyenord”a uduzublar.

E qrupunda isə "Liverpul" "Spartak"ın daşını daş üstə qoymayıb - 7:0. İngilislərə qoşulan ikinci komanda isə "Maribor"la heç-heçə oynayan "Sevilya" olub.

G qrupunda qrupdan çıxmağı təmin etmiş “Beşiktaş” səfərdə “Leyptsiq”i xalsız qoyub. Bu halda “Monako”ya qalib gələn “Porto” 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr

E qrupu
“Maribor” (Sloveniya) - “Sevilya” (İspaniya) - 1:1
Qol: Tavares, 10 - Qanso, 75

“Liverpul” (İngiltərə) - “Spartak” (Rusiya) - 7:0
Qollar: Koutinyo, 4, 15, 50, Firmino, 19, Mane, 47, 76, Salah, 86

F qrupu
“Feyenoord” (Hollandiya) - “Napoli” (İtaliya) - 2:1
Qollar: Yorgensen, 33, Sent Cust, 90+1 - Zielinski, 2

“Şaxtyor” (Ukrayna) - “Mançester Siti” (İngiltərə) - 2:1
Qollar: Bernard, 26, İsmaili, 32 - Aquero, 90+2

G qrupu
“Porto” (Portuqaliya) - “Monako” (Fransa) - 5:2
Qollar: Abubakar, 9, 33, Brahimi, 45, Telles, 65, Soares, 88 - Qlik, 61, Falkao, 78

“Leypsiq” (Almaniya) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Keyta, 87 - Neqredo, 10 (pen.), Talişka, 90

H qrupu
“Tottenhem” (İngiltərə) - APOEL (Kipr) - 3:0
Qollar: Llorente, 20, Son, 38, Nkudu, 80

“Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:2
Qollar: Mayoral, 8, Ronaldo, 13, Lukas, 81 - Obameyanq, 43, 49

Qrup qalibləri: “Mançester Yunayted”, PSJ, “Barselona”, “Roma”, “Tottenhem”, “Liverpul”, “Mançester Siti” və “Beşiktaş”.

Qrup ikinciləri: “Yuventus”, “Bazel”, “Şaxtyor”, “Bavariya”, “Çelsi”, “Real”, “Porto” və “Sevilya”.

Qrup üçüncüləri, Avropa Liqasında 1/16 finala keçənlər: “Leypziq”, “Napoli”, “Atletiko”, “Borussiya D.”, “Spartak”, “Sportinq”, MOİK, “Seltik”

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. “Çelsi”, “Roma” və “Atletiko” ilə eyni qrupda yer almış ağdamlılar 2 xalla sonuncu olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru