"Tata Steel Chess": Məmmədyarov Kramniklə heç-heçə edərək liderliyini itirib
24-01-2018, 09:11
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirinin IX turuna yekun vurulub.
“Report” xəbər verir ki, Azərbaycanın superturnirdəki yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda rusiyalı keçmiş dünya çempionu Vladmir Kramniklə qarşılaşıb.
Görüş 39-cü gedişdə heç-heçə başa çatıb və Məmmədyarov turnirdəki liderliyini itirərək ikinci yerə düşüb.