İmamoğluna 8 il 9 aya qədər həbs cəzası tələb olunur

5-07-2025, 00:05           
İmamoğluna 8 il 9 aya qədər həbs cəzası tələb olunur
Həbsdə olan İstanbul meri, müxalif Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Əkrəm İmamoğluna qarşı ittiham aktı hazırlanıb.

Türkiyə mətbuatı bildirir ki, prokurorluq İmamoğlu barəsində “zəncirvari şəkildə rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə ona 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası və siyasi fəaliyyət qadağası tələb edib.

İstanbul Universiteti martın 20-də İmamoğlunun diplomunu ləğv etmişdi.

İmamoğlu isə diplomun saxta olması iddiasını rədd etmişdi.

“Bu qərarı verənlərin tarix və ədalət qarşısında hesab verəcəyi günlər yaxındadır. Ədalətə, hüquqa və demokratiyaya susamış millətimizin yürüşü dayandırıla bilməz”, - o daha öncə qeyd edib.

Türkiyədə prezidentliyə namizədlərdən ali təhsilə sahib olmaq tələb olunur.

Tənqidçilər bu qərarın İmamoğlunu prezidentlik yarışından məhrum etmək üçün verildiyinə inanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru