Ermənistan idmançıları Olimpiadada dopinqdən istifadə edib - QALMAQAL

29-03-2018, 19:40           
Ermənistan idmançıları Olimpiadada dopinqdən istifadə edib - QALMAQAL
Ermənistan idmançıları uzun illər ərzində gizli şəkildə dopinqdən istifadə edib. Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri, Beynəlxalq Antidopinq Agentliyinin informatoru Qriqori Rodçenkov bu barədə sensasion hesabat yayımlayıb.



Hesabatda bildirilir ki, Rodçenkov erməni idmançılara qadağan olunmuş maddələrin qəbuluna yardım edib. Onlardan analizləri şəxsən qəbul edib və bundan sonra həmin idmançılar analizlərdə təmiz çıxıblar.

Hesabatda həmçinin qeyd olunur ki, Rodçenkovun köməkliyi ilə erməni idmançılar dopinq qəbul edərək 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında medallar qazanıblar.



Ermənistan 2008-ci ildə Pekin Olimpiadasında qazandığı 2 bürünc medaldan dopinq qalmaqalına görə məhrum edilmişdi. (Modern.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru