Neymarın qolu Braziliyaya qələbə qazandırıb

4-06-2018, 08:00           
Neymarın qolu Braziliyaya qələbə qazandırıb
Futbol üzrə Braziliya və Xorvatiya yığma komandaları Dünya çempionatı – 2018-ə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçiriblər.

“Report” xəbər verir ki, görüş Liverpulun "Enfild" stadionunda keçirilib və Cənubi Amerika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 69-cu dəqiqədə 3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan Neymar açıb. O, Filippe Koutinyonun ötürməsindən yararlanıb. İkinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə forvard Roberto Firmino Kazemironun ötürməsini qola çevirib.

Braziliya DÇ-2018-də İsveçrə, Kosta-Rika və Serbiya, Xorvatiya isə Argentina, İslandiya və Nigeriya ilə bir qrupda yarışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru