Ronaldunu DÇ-2018 zamanı MMA döyüşçüsü qoruyacaq

4-06-2018, 08:08           
Ronaldunu DÇ-2018 zamanı MMA döyüşçüsü qoruyacaq
Madrid "Real"ı və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunu Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı keçmiş desantçı Nuno Marekos və MMA döyüşçüsü Qonsalo Salqado qoruyacaq.

“Report” xəbər verir ki, Marekos əvvəllər orduda xidmət edib, indi isə Portuqaliyanın özəl mühafizə şirkətlərindən birini təmsil edir. Boş vaxtlarında toreador kimi pul qazanır.

Salqado da həmin mühafizə şirkətində çalışır. O, 2006-cı ildən 2011-ci ilə qədər superağır çəkidə 7 döyüşdə qalib gəlib.

Marekos və Salqadonun Çempionlar Liqasının Kiyevdə keçirilən final oyunu zamanı da Ronaldunu müşayiət etdiyi bildirilir.

Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, Mərakeş və İranla qarşılaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.